Dünya
ABŞ İranın dəniz blokadasını sərtləşdirir: 100 gəminin istiqaməti dəyişdirildi
ABŞ hərbçiləri iyul ayında İranın dəniz blokadasını bərpa etdikdən sonra 100 ticarət gəmisinin istiqamətini dəyişiblər. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. "CENTCOM qüvvələri ABŞ-nin blokadanı bərpa etməsindən sonra son 60 gün ərzində 100 kommersiya gəmisinin istiqamətini dəyişib", - deyə paylaşımda bildirilir. CENTCOM-dan bildirilib ki, ABŞ hərbçiləri blokadanın təmin edilməsinə diqqət yetirməyə davam edirlər.
Mənbə
oxu.az
Oxşar Xəbərlər