Amorim “Yunayted”in əfsanələrini qınadı: Çox danışırdılar...
“Milan”ın baş məşqçisi Ruben Amorim “Mançester Yunayted”in sabiq oyunçularının tənqidləri ilə bağlı danışıb.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Qari Nevill, Roy Kin, Pol Skoulz və klubun digər keçmiş oyunçuları tərəfindən müntəzəm olaraq tənqid olunduğu “Old Trafford”dakı vaxtlarını xatırlayıb.
“Mən əvvəllər çoxlu əfsanələrin olduğu bir klubda işləyirdim. Onların güclü fikirləri var idi və fərqli şeylər haqqında çox danışırdılar. Amma onlar tamamilə fərqli bir dövrdə yaşayırdılar”, – Amorim deyib.
Amorimin rəhbərliyi altında “Mançester Yunayted” klub tarixində ən pis Premyer Liqa nəticəsi ilə yadda qalıb.
Bütün yarışlarda onun rəhbərliyi altında komanda 63 oyundan 24-də qalib gəlib.