İdman

Norris Madriddə hamını qabaqladı: Poul-pozisiya onun oldu

12 Sep 2026, 21:24 3 baxış
Norris Madriddə hamını qabaqladı: Poul-pozisiya onun oldu
"McLaren" komandasının britaniyalı pilotu Lando Norris 2026-cı il "Formula-1" üzrə dünya çempionatının 14-cü mərhələsi olan İspaniya Qran-prisinin sıralanma turunda birinci olub. Oxu.Az xəbər verir ki, yarış Madriddəki yeni "Madring" şəhər trasında keçirilib. Norris 1 dəqiqə 31,824 saniyə nəticə göstərərək poul-pozisiyanı qazanıb və ikinci yeri tutan "Mercedes" pilotu Kimi Antonellini cəmi 0,011 saniyə qabaqlayıb. Üçlüyü "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen tamamlayıb. Qeyd edək ki, İspaniya Qran-prisinin əsas yarışı sentyabrın 13-də keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. "Madring"in rəsmi cədvəlinə əsasən, yarış saat 15:00-17:00 aralığında nəzərdə tutulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər