Dünya

"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham

12 Sep 2026, 20:12 1 baxış
"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. Oxu.Az xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bunu onlar ediblər", - deyə Tramp vurğulayıb. Bu açıqlama İrlandiyanın Baş naziri Mixol Martinlə Dublində keçirilən görüş zamanı verilib. Tədbir RTE telekanalı tərəfindən canlı yayımlanıb. Xatırladaq ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanının Energetika Nazirliyi PUA hücumlarından sonra Mədinə və Ər-Riyad yaxınlığındakı ərazilərdə "Şərq-Qərb" neft kəmərinin qabaqlayıcı tədbir olaraq fəaliyyətini dayandırdığını elan etmişdi. Dronların İran tərəfindən dəstəklənən İraq qruplaşmaları tərəfindən buraxıldığı ehtimal edilirdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər