Dünya
Filippində bərə faciəsi: Ölənlərin sayı 76-ya çatdı
"Filippinin Palavan əyaləti sahillərində "MV June Aster" sərnişin bərəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 35-dən 76-ya yüksəlib". Oxu.Az xəbər verir ki, bunu brifinq zamanı Filippin Sahil Mühafizəsinin rəsmi nümayəndəsi Noemi Kayabyab bildirib. Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatı zamanı gəmidə insidentin 41 qurbanının qalıqları aşkarlanıb. "Bu məlumatlar nəzərə alınmaqla, ölənlərin sayı 35-dən 76-ya yüksəlib", - deyə o bildirib. Gəmidə yanğın sentyabrın 9-da baş verib. Gəmi sənədlərinə əsasən, bərənin göyərtəsində 117 sərnişin və 17 ekipaj üzvü olmaqla, ümumilikdə 134 nəfər olub. Xilas edilənlərin sayı 43 nəfərdir. Daha 13 nəfərin taleyi məlum deyil. Bununla yanaşı, bileti olan iki sərnişin sonda gəmiyə minmədiklərini bildiriblər.
Mənbə
oxu.az