İdman

"Kəpəz" qalib gəldi, "Sumqayıt" "Şamaxı"ya qarşı

12 Sep 2026, 20:30 2 baxış
"Kəpəz" qalib gəldi, "Sumqayıt" "Şamaxı"ya qarşı

Misli Premyer Liqasının V turunda "Kəpəz" Gəncədə "Qəbələ"ni məğlub edib.


Axar.az xəbər verir ki, qarşılaşmada yeganə qolu 64-cü dəqiqədə Viktor Stina vurub.


"Qəbələ" 4 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. 6 xala malik Gəncə klubu isə 6-cı pilləyə yüksəlib.


Günün son matçında "Şamaxı" səfərdə "Sumqayıt"la qarşılaşır. Görüşdə ilk hissə oynanılır, meydan sahibləri hesabda 1-0 öndədir.


Qeyd edək ki, turun ötən gün baş tutan açılış oyununda "Neftçi" "İmişli"ni 3-2 hesabı ilə məğlub edib. Tura sentyabrın 14-də yekun vurulacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər