Dünya

Kanadanın sabiq baş naziri kino və serial istehsalı biznesinə başladı

12 Sep 2026, 16:30 2 baxış
Kanadanın sabiq baş naziri kino və serial istehsalı biznesinə başladı
Kanadanın keçmiş baş naziri Castin Trüdo kino, serial və müxtəlif əyləncə proqramları istehsalı ilə məşğul olan yeni şirkət təsis edib. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Yeni kommersiya qurumu "Hope and hard work" ("Ümid və gərgin əmək") adını alıb. Qeyd edək ki, siyasətçi bu ifadədən öz nitqlərində tez-tez istifadə edir. Vurğulanır ki, Trüdo yeni biznesi öz aparatının sabiq və uzunmüddətli rəhbəri Keti Telfordla birlikdə yaradıb. Şirkətin yaydığı açıqlamada bildirilir ki, əsas məqsəd kino, televiziya, audio və canlı layihələr vasitəsilə insanlara bir-birini görməyə, anlamağa və aralarındakı bağı hiss etməyə kömək edən hekayələrlə cəmiyyəti bir araya gətirməkdir. Qeyd edək ki, Trüdo 2025-ci ildə Liberal partiyasının populyarlığının azalmasından sonra baş nazir postunu tərk edib, lakin o, hələ də ictimai çıxışlarını və bəyanatlarını davam etdirir. Siyasətçinin vəzifədən getməsindən bir neçə ay sonra onun ABŞ-li pop-ulduz Keti Perri ilə eşq yaşadığı üzə çıxıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər