Cəmiyyət

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

12 Sep 2026, 15:14 3 baxış
Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Bölgədəki güc balansını dəyişdirən "Terrorsuz Türkiyə" və "Terrorsuz bölgə" prosesi qətiyyətlə və uğurla irəliləməkdə davam edir. Təhlükəsizlik mənbələrindən əldə edilən məlumatlara əsasən, Suriyada SDG-nin ləğvindən sonra İraqda da tarixi bir proses başlayıb.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.


Bildirilib ki, terror yuvasına çevrilməsi hədəflənən Sincar bölgəsi PKK-dan təmizlənir və İraqda mərkəzi hökumətin nəzarətinə keçir.


Məsələ ilə bağlı İraqın Baş naziri Əli əz-Zeydi də açıqlama verib. O qeyd edib ki, PKK silahlarını dövlətə təhvil verəcək, Sincar dağı və oradakı bütün təşkilat üzvləri administrasiyanın səlahiyyətinə keçəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər