Cəmiyyət

Ötmə qaydasının pozulması ölümə səbəb oldu - Video

12 Sep 2026, 11:41 3 baxış
Ötmə qaydasının pozulması ölümə səbəb oldu - Video

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib.


Axar.az müraciəti təqdim edir:


"Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:00 radələrində Elmir Məmmədlinin idarə etdiyi “Mersedes Vito” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı avtomobillə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sərnişin - Sayad Qasımova hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.


Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunan sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları diqqət çəkdiyimiz faciəli faktları sadəcə maraq xatirinə izləməməyə, lazımı nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır".

Mənbə axar.az

Oxşar Xəbərlər