Cəmiyyət

Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının rəhbərinə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni təqdim olunub

12 Sep 2026, 10:04 3 baxış
Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının rəhbərinə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni təqdim olunub
Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilən Milix Yevdayevə orden təqdim olunub. Oxu.Az xəbər verir ki, ordeni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov təqdim edib. Sədr qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması, zəngin dini mirasın yaşadılması və dini icmaların fəaliyyətinin dəstəklənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dinlərarası dialoq və əməkdaşlığın gücləndirilməsi sahəsində çoxsaylı layihələrə həyata keçirir. Milix Yevdayev ona göstərilən diqqət və etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını ifadə edib. O, 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmasını həyatında mühüm əhəmiyyət daşıyan, eyni zamanda, böyük şərəf və məsuliyyət doğuran hadisə kimi qiymətləndirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər