Digər

Cinayət işi: Kozinoğlunun məzarı açılır

12 Sep 2026, 11:00 3 baxış
Cinayət işi: Kozinoğlunun məzarı açılır

Silivri Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) Xarici Əməliyyatlar İdarəsinin keçmiş rəhbəri Kaşif Kozinoğlunun Ümraniyə qəbiristanlığındakı məzarı açılacaq və sümük ilə torpaq nümunələri götürüləcək.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.


Müayinələrdən sonra Məhkəmə-Tibbi Ekspertiza Şurasının Birinci İxtisaslaşmış Heyəti Kozinoğlunun ölümünün dəqiq səbəbi və hadisədə kənar şəxsin iştirakının olub-olmaması barədə rəy verəcək.


Qeyd edək ki, Kaşif Kozinoğlunun ölümü ilə bağlı cinayət işi 15 il sonra yenidən açılıb. Daha sonra sözügedən işlə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb.


Xatırladaq ki, Kozinoğlu FETÖ-cü sabiq prokuror Zəkəriyyə Öz tərəfindən aparılan istintaq çərçivəsində həbs edilmiş, bir müddət sonra, 2011-ci ilin 12 noyabr tarixində Silivri həbsxanasında vəfat etmişdi. Həmin vaxt istintaq onun ölümünün təbii səbəblərdən qaynaqlandığı qənaətinə gəlmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər