Cəmiyyət
Krımda yük maşını dronla vuruldu: azərbaycanlı həlak oldu - Foto
Krımda azərbaycanlı Mahir Məmmədov dron hücumu zamanı həlak olub.
Axar.az Unikal.az-a istinadla xəbər verir ki, hücum zamanı o, yük avtomobili idarə edirmiş.
Hadisədə onun avtomobili də yanıb.
Qeyd edək ki, Mahir Məmmədov Gürcüstanın Bolnisi bələdiyyəsinin Arıxlı kənd sakinidir. Mərhumun nəşinin yaxın günlərdə Arıxlı kəndinə gətirilməsi üçün müvafiq işlər görülür.
Mənbə
axar.az