İdman
"Beşiktaş" "Ərzurumspor"a böyük hesabla qalib gəldi
Türkiyə Superliqasında V turun oyunları keçirilir.
Axar.az xəbər verir ki, "Beşiktaş" "Ərzurumspor"u qəbul edib.
Matçda hesab erkən açılıb. Emirhan Topçu fərqlənib. Çox keçmədən Leandro Trossard adını tabloya yazdırıb. Oyunda son nöqtəni İlhan Fakılı qoyub - 3:0.
Həmyerlimiz Nəriman Axundzadə isə meydana daxil olmayıb. O, sonadək ehtiyat oyunçular skamyasında qalıb.
Mənbə
axar.az