Cəmiyyət

Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib

11 Sep 2026, 16:04 6 baxış
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytından və ya mobil operatorlar ("Azercell", "Bakcell", "Nar") vasitəsilə "iş nömrəsi"nin sonuna "9" rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Bildirilib ki, boş qalan 181 plan yeri üzrə 19 namizəd müsabiqədə iştirak edib. Onlardan 12 nəfər rezidenturaya qəbul olunub. Rezidenturaya qəbul olunanlar qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Qeydiyyat sentyabrın 15-də saat 15:00-dan sentyabrın 22-də saat 18:00-dək davam edəcək. Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaqdır. Qəbul olunanların siyahısı:
İş nömrəsi Topladığı bal Qəbul olduğu ixtisasın kodu
273106 56 313237
273684 52 324115
273888 57 366188
274286 50 358452
274990 59 315124
275398 56 313237
275570 53 371858
275641 56 317125
275676 53 371866
275834 51 329227
275909 53 311463
292669 63 353227
Mənbə oxu.az

Oxşar Xəbərlər