Cəmiyyət

Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb

11 Sep 2026, 15:10 6 baxış
Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb
"1991-2025-ci illər aralığında Azərbaycanda yağıntının miqdarı 7% və ya 30 mm azalıb". Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Aviasiya Akademiyasının dosenti Camal Hüseynov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən dəyirmi masada deyib. O bildirib ki, 1991-ci ildən sonra Azərbaycanda iqlim dəyişikliklərinin ilk təsir mexanizmi olan temperaturun artımı müşahidə olunur: "Son 15 ildə havanın temperaturu 0.9-1.2 dərəcə artıb. Bu dəyişikliklər yağıntıların azalmasına təsir göstərib. Yağıntıların azalmasını müxtəlif sübutlarımız var. Məsələn, Laçın ərazisində 900-1100 metr intervalında, bura Həkəri çayının sahili idi, burada böyük ərazidə, massivlərdə anidən, qısa zaman ərzində meşə massivləri quruyub. Bu, demək olar ki, bütün dağlıq ərazilərdə müşahidə olunur".
Mənbə oxu.az

Oxşar Xəbərlər