Cəmiyyət

Ananın qolları olmayan körpədən imtina səbəbi: Vətəndaşlardan sərt reaksiya - VİDEO

11 Sep 2026, 15:12 7 baxış
Ananın qolları olmayan körpədən imtina səbəbi: Vətəndaşlardan sərt reaksiya - VİDEO
Bakının Sabunçu Tibb Mərkəzində doğuşdan sonra ananın qolları olmayan və çoxsaylı inkişaf qüsurları ilə dünyaya gələn körpəsindən imtina etməsi ilə bağlı hadisə qeydə alınıb. Tibb mərkəzinin məlumatına görə, 1985-ci il təvəllüdlü qadın iyunun 27-də hamiləliyin 36-cı həftəsində xəstəxanaya yerləşdirilib. Doğuşdan sonra oğlan uşağında çoxsaylı inkişaf qüsurları aşkarlanıb. Ana iyunun 30-da yazılı iltizamnamə ilə övladından imtina edərək tibb müəssisəsini tərk edib.

Körpə sentyabrın 10-da Sosial Xidmətlər Agentliyinin nümayəndələrinə təhvil verilib. Hazırda uşağın vəziyyəti kafidir və sosial xidmət əməkdaşlarının nəzarətindədir. "Vətəndaş övladını qeyri-rəsmi nikahdan dünyaya gətirdiyini deyərək, özünün, eləcə də övladının sağlamlığında olan problemlər səbəbindən ona daimi qayğı göstərməkdən imtina edib", - deyə Sosial Xidmətlər Agentliyinin əməkdaşı Qara Rəhimov bildirib. Baku TV-nin hadisə ilə bağlı paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı müxtəlif fikirlər səsləndirilib. "Bunu ancaq analıq hissi ölmüş qadın edər", - deyə sakinlərdən biri söyləyib. Digər vətəndaş isə qeyd edib: "Övladını atırsa, o nə insandır, nə də ana. O qədər valideynlər var ki, əli-ayağı olmayan uşaqlarına çox yaxşı baxırlar".
Mənbə oxu.az

Oxşar Xəbərlər