İqtisadiyyat

Türkiyəli nazir: "Bu gün bizim üçün mühüm bir inkişaf, yeni bir mərhələ də var"

11 Sep 2026, 14:08 3 baxış
Türkiyəli nazir: "Bu gün bizim üçün mühüm bir inkişaf, yeni bir mərhələ də var"
"Bu gün bizim üçün mühüm bir inkişaf, yeni bir mərhələ də var: Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstanı bir araya gətirən Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarəti Layihəsi. Mən bu layihəni "Elektrik TANAP-ı" adlandırıram". Oxu.Az xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində keçirilən ikitərəfli görüşdə deyib. O bildirib ki, bu layihə regional miqyasda çox mühüm bir baxışı ortaya qoyur: "Biz bu mühüm layihəni yalnız infrastruktur layihəsi kimi qiymətləndirmirik. Onu qarşılıqlı faydaya əsaslanan və uzunmüddətli regional enerji əməkdaşlığının əsasını təşkil edən strateji addım kimi görürük. Bu dinamikanın qorunmasını, layihələrin mümkün qədər qısa müddətdə növbəti mərhələyə keçməsini arzulayırıq".
Mənbə oxu.az

Oxşar Xəbərlər