İqtisadiyyat

Pərviz Şahbazov: "Naxçıvandan Türkiyəyə bir giqavat elektrik enerjisi ötürüləcək"

11 Sep 2026, 13:36 27 baxış
Pərviz Şahbazov: "Naxçıvandan Türkiyəyə bir giqavat elektrik enerjisi ötürüləcək"
"Naxçıvan üzərindən Azərbaycan-Türkiyə elektrik enerjisi bağlantısı xüsusi geostrateji əhəmiyyət daşıyır. İlkin mərhələdə Naxçıvandan Türkiyəyə bir giqavat elektrik enerjisinin ötürülməsi nəzərdə tutulub". Oxu.Az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində keçirilən ikitərəfli görüşdə deyib. O bildirib ki, hazırda optimal bağlantı və maliyyələşdirmə modeli üzrə müzakirələr davam edir: "Birgə səylərlə bu strateji layihələrin reallaşdırılmasını sürətləndirməyi vacib hesab edirik".
Mənbə oxu.az

Oxşar Xəbərlər