Dünya
ABŞ-də kələm yükündə bir ton metamfetamin tapıldı - FOTO - VİDEO
ABŞ-nin Texas ştatının Makallen şəhərində kələm partiyasının içərisində gizlədilmiş təxminən bir ton metamfetamin aşkarlanaraq müsadirə edilib. Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) "X" hesabında məlumat verilib.
{{gallery}} "Makallen şəhərində (Rio-Qrande vadisi) DEA-nın əməkdaşları kələm yükü partiyasının içərisində gizlədilmiş 2 000 funtdan (0.91 ton) çox metamfetamin müsadirə ediblər", - deyə məlumatda bildirilib. Narkotiklər ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin xüsusi qrupunun araşdırması çərçivəsində aşkarlanıb. Əməliyyatda ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Təhqiqatlar Xidməti (HSI), Federal Təhqiqatlar Bürosu (FTB), Gömrük-Sərhəd Xidməti, ABŞ Sərhəd Patrul Xidməti və Texas İctimai Təhlükəsizlik Departamenti iştirak edib.

Mənbə
oxu.az