İdman

"Fənərbağça"nın sabiq futbolçusu karyerasını bitirdi

10 Sep 2026, 18:36 2 baxış
"Fənərbağça"nın sabiq futbolçusu karyerasını bitirdi
Çili millisinin sabiq futbolçusu Maurisio İsla karyerasını başa vurub. Oxu.Az xəbər verir ki, 38 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İsla peşəkar karyerası ərzində "Udineze", "Yuventus", "Kalyari", "Marsel", "Fənərbağça" və "Flamenqo" kimi klubların formasını geyinib. Qeyd edək ki, Maurisio İsla Çili millisinin heyətində iki dəfə Amerika Kubokunun qalibi olub. Veteran futbolçu üç dəfə İtaliya A Seriyasında, iki dəfə İtaliya Kubokunda, həmçinin Braziliya çempionatı və kubokunda çempionluq yaşayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər