İdman

"Çelsi" və "Qalatasaray"ın sabiq ulduzunun yeni klubu bəlli oldu

10 Sep 2026, 18:54 2 baxış
"Çelsi" və "Qalatasaray"ın sabiq ulduzunun yeni klubu bəlli oldu
Mərakeş millisinin üzvü Hakim Ziyeş karyerasını Braziliyada davam etdirəcək. Oxu.Az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Botafoqo" klubuna transfer olunub. Braziliya təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb. Ziyeşin son klubu Mərakeşin "Vidad" komandası olub. O, 2025-ci ildən bu kollektivin heyətində 16 oyuna çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə edib. Qeyd edək ki, Hakim Ziyeş karyerası ərzində Qətərin "Əl-Duhail", Türkiyənin "Qalatasaray", İngiltərənin "Çelsi", Niderlandın "Ayaks", "Tvente" və "Herenven" klublarında da çıxış edib. O, Mərakeş millisinin heyətində keçirdiyi 64 oyunda 25 qol vurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər