Cəmiyyət
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Sentyabrın 8-də Şəkidə iki gəncin ölümü ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub. Oxu.Az "Bakupost"a istinadən xəbər verir ki, U.Bayramovun bacısı Xəyalə Bayramova yerli telekanallardan birində yayımlanan süjetə sərt reaksiya verib. O, həmin süjetdə hadisənin təqdimatından narazı olduğunu bildirib və məsələnin hüquqi müstəvidə araşdırılacağını vurğulayıb. X.Bayramova bildirib ki, zərurət yaranacağı təqdirdə məsələ Azərbaycan hüdudlarından kənara da çıxarıla bilər: "Yasımız var, yazılanlara, deyilənlərə müdaxilə edə bilmirik. O halda, vəziyyətdə deyilik. Amma bunu deyim ki, lazım olsa, bu məsələ hüquqi müstəvidə ölkə hüdudlarını da aşacaq. Qardaşımın qanı yerdə qalmayacaq. O yalan xəbəri sifariş edənlər də bizim kimi yansınlar".
Mənbə
oxu.az