Cəmiyyət

İçərişəhərə avtomobillərin girişinin tam məhdudlaşdırılmamasının səbəbi bilindi

10 Sep 2026, 16:40 2 baxış
İçərişəhərə avtomobillərin girişinin tam məhdudlaşdırılmamasının səbəbi bilindi
"İçərişəhər ərazisinə daxil olan avtomobillərin sayını iki dəfə azaltmışıq". Oxu.Az xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən "Türk sivilizasiyasında mədəni irs və biomüxtəlifliyin qorunması: ortaq ənənələrdən birgə fəaliyyətə doğru" müzakirədə deyib. Onun sözlərinə görə, İçərişəhərin nəqliyyat vasitələri üzrə maksimum tutumu əvvəllər 600 avtomobil idi, indi isə bu göstərici 300-ə endirilib: "Əlbəttə, burada yerli sakinlər yaşayır və sahibkarlar çalışır. Buna görə də ərazini avtomobillərin hərəkətinə tamamilə bağlamaq mümkün deyil. Lakin nəqliyyat vasitələrinin sayının azaldılması və müəyyən məhdudiyyətlərin tətbiqi dayanıqlı hərəkətliliyin təmin olunması istiqamətində atılan addımlardan biridir. İçərişəhərin qala divarları daxilində cəmi 22 hektarlıq məhdud ərazini əhatə edir. Buna görə onun fiziki baxımdan genişlənmək imkanı yoxdur. Ona görə də atılan hər addımda xüsusiyyətləri nəzərə alınmalıdır".
Mənbə oxu.az

Oxşar Xəbərlər