İqtisadiyyat

Səkkiz məktəbin təmirinə dörd milyon manatdan çox vəsait xərclənəcək

10 Sep 2026, 14:12 1 baxış
Səkkiz məktəbin təmirinə dörd milyon manatdan çox vəsait xərclənəcək
Azərbaycanda bir sıra təhsil müəssisələrində təmir işləri aparılacaq. Oxu.Az-ın məlumatına görə, işlərin səkkiz təhsil müəssisəsində aparılması nəzərdə tutulur. Təmir İmişli, Neftçala, Kürdəmir rayonlarında, Şirvan, Beyləqan, Mingəçevir və Yevlax şəhərlərində baş tutacaq. Sözügedən işlərə 4 milyon 562 min 459 manat vəsaitin xərclənəcəyi ehtimal edilir. Qeyd edək ki, təmir olunacaq təhsil müəssisələri aşağıdakılardır: - İmişli rayonu Qabil Mərdəliyev adına Xəlfəli kənd tam orta ümumtəhsil məktəbi; - Neftçala rayonu S.Kərimov adına Qədimkənd kənd tam orta ümumtəhsil məktəbi; - Neftçala şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi; - Kürdəmir rayonu A.Məmmədov adına Xınıslı kənd tam orta məktəbi; - Şirvan şəhəri Məftun Osmanov adına 20 nömrəli tam orta ümumtəhsil məktəbi; - Beyləqan Peşə Məktəbi; - Mingəçevir şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbi; - Yevlax şəhər 3 saylı tam orta məktəbi.
Mənbə oxu.az

Oxşar Xəbərlər