Digər

Zelenskiyə qarşı PUA hücumu... - Moldovadan açıqlama

10 Sep 2026, 12:43 4 baxış
Zelenskiyə qarşı PUA hücumu... - Moldovadan açıqlama

Ukrayna Prezidenti Vladimir Zelenskinin təyyarəsi Moldova ərazisində PUA təhlükəsi ilə üzləşməyib.


Axar.az xəbər verir ki, bunu Moldova hökumətinin sözçüsü Dumitru Çoriç jurnalistlərə açıqlamasında deyib.


“Hadisə zamanı təyyarə Kişinyov hava limanında olub, ölkənin hava məkanı isə bağlanıb. Zelenskinin təyyarəsinə birbaşa heç bir təhlükə olmayıb.


Bu tədbir nəticəsində üç təyyarənin uçuşu, dörd təyyarənin isə enişi gecikib. Eyni səbəbdən Ukrayna Prezidenti Vladimir Zelenskinin təyyarəsinin də Kişinyov Beynəlxalq Hava Limanından uçuşu gecikib”, - o bildirib.


Qeyd edək ki, dünən Norveçin Baş naziri Zelenskinin təyyarəsinin Moldovadan havaya qalxarkən az qala vurulduğunu demişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər