Cəmiyyət

Qroznı-Bakı reysləri bərpa edilir? - Rəsmi cavab

10 Sep 2026, 12:50 5 baxış
Qroznı-Bakı reysləri bərpa edilir? - Rəsmi cavab

Qroznı-Bakı marşrutu üzrə birbaşa aviareyslərin oktyabrın sonundan bərpası planlaşdırılmır.


Axar.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.


“Hazırda hava limanının qış mövsümü üçün təsdiqlənmiş uçuş cədvəlində Qroznı–Bakı istiqaməti üzrə birbaşa reyslər nəzərdə tutulmayıb”, - məlumatda bildirilib.


Qeyd edək ki, daha əvvəl Qroznı Beynəlxalq Aeroportu “Utair” aviaşirkətinin oktyabrın 27-dən etibarən Qroznı–Bakı marşrutu üzrə müntəzəm birbaşa reysləri bərpa edəcəyini açıqlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər