Cəmiyyət

Bakıda bu marşrutun intervalı 30 dəqiqəyə qalxdı - Narazılıq

10 Sep 2026, 10:40 37 baxış
Bakıda bu marşrutun intervalı 30 dəqiqəyə qalxdı - Narazılıq

Bakıda 3 nömrəli marşrut avtobusunun hərəkət intervalı sərnişinlər arasında yenidən narazılığa səbəb olur.


Bu barədə Axar.az-a şəhər sakinləri şikayət edib.


Sərnişinlərin sözlərinə görə, avtobusun intervalının 7-8 dəqiqə olması nəzərdə tutulsa da, xüsusilə səhər saatlarında gözləmə müddəti xeyli artır.


“Bu gün 3 nömrəli avtobusu tam 28 dəqiqə gözləmişəm. “Gənclik”-“Dərnəgül” istiqamətində metro hərəkətinin məhdudlaşdırılması fonunda 3 nömrəli avtobusların sayının artırılması və hərəkət intervalının qısaldılması gözlənildiyi halda, əksinə, intervallar kəskin artıb”, - şikayətdə bildirilib.


Məsələ ilə bağlı Bakı Bus MMC-yə dəfələrlə sorğu ünvanlasaq da, problem öz həllini tapmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər