İqtisadiyyat

Türkiyə yeni müsabiqə elan edib - Mesaj Bakıda verildi

10 Sep 2026, 10:00 37 baxış
Türkiyə yeni müsabiqə elan edib - Mesaj Bakıda verildi
"Türkiyə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Binalar və Tikinti üzrə Qlobal Alyans (GlobalABC) ilə koordinasiyalı şəkildə COP31 çərçivəsində "Beynəlxalq davamlı tikinti" müsabiqəsinə start verib". Oxu.Az xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişmələri Nazirliyinin baş direktor müavini Murat Bayram BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) tədbirində "Hədəflərdən İcraya: Qlobal əməkdaşlıq vasitəsilə iqlimə müsbət binaların inkişafının eürətləndirilməsi" adlı müzakirə sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, müsabiqənin məqsədi dünya miqyasında innovativ, enerji cəhətdən səmərəli, azkarbonlu və iqlimədavamlı tikinti həllərini ön plana çıxarmaqdır: "Qaliblər Antalyada keçiriləcək COP31 zamanı yüksək səviyyəli tədbirdə elan ediləcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər