Digər

ABŞ-la hərbi qarşıdurma başa çata bilər - SEPAH

09 Sep 2026, 19:26 5 baxış
ABŞ-la hərbi qarşıdurma başa çata bilər - SEPAH

ABŞ-la hərbi qarşıdurmanın başa çatması mümkündür.


Axar.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebi deyib.


Onun sözlərinə görə, hərbi qarşıdurmanın başa çatması üçün ABŞ hərbi əməliyyatları tam dayandırmalı, İsrail qoşunlarının Livandan çıxarılmasını təmin etməli, Yəmənə tətbiq edilən blokadaya son qoymalı və İranın 24 milyard dollar həcmində dondurulmuş aktivlərini azad etməlidir.


O, həmçinin ABŞ-dan İranın nüvə və raket proqramlarına müdaxilə etməməyi tələb edib:


“Vaşinqton bu şərtlərə əməl edəcəyi təqdirdə mövcud vəziyyətin sona çatması mümkündür”.

Mənbə axar.az

Oxşar Xəbərlər