Cəmiyyət

Nərimanovda aşmaq təhlükəsi olan ağac sakinləri narahat edir - VİDEO

09 Sep 2026, 17:38 18 baxış
Nərimanovda aşmaq təhlükəsi olan ağac sakinləri narahat edir - VİDEO
Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 7A ünvanında yaşayış binasının qarşısındakı ağacın aşmaq təhlükəsi var. Oxu.Az-a müraciət edən sakin bildirib ki, ağacın aşması binanın sakinləri, eləcə də ətrafda hərəkət edən insanlar üçün ciddi risk yarada bilər. Sakin aidiyyəti qurumlardan ağacın ərazidən götürülməsinə köməklik göstərilməsini xahiş edib. Görüntüləri təqdim edirik:
Mənbə oxu.az

Oxşar Xəbərlər