Dünya
Neft kəskin BAHALAŞDI: "Brent"in qiyməti 100 dolları keçdi
"Brent" markalı neftin füçerslərinin qiyməti iyulun 24-dən bəri ilk dəfə olaraq bir barel üçün 100 dollarlıq həddi aşıb. Oxu.Az xəbər verir ki, bu barədə ticarət platformalarının açıqladığı göstəricilərdə qeyd olunub. Bakı vaxtı ilə saat 11:18-də Londonun ICE birjasında noyabr ayına çatdırılma ilə "Brent" markalı neftinin qiyməti 2.19% artım nümayiş etdirərək bir barel üçün 100.06 dollara çatıb. Saat 11:23-ə olan məlumata əsasən isə "Brent"in qiymət artımı bir qədər yavaşlayaraq bir barel üçün 100.03 dollar (+2.15%) təşkil edib. Eyni zamanda, oktyabr ayında tədarük ediləcək WTI markalı neftin füçers qiyməti də 1.77% artaraq bir barel üçün 94.68 dollara qədər yüksəlib.
Mənbə
oxu.az