Digər

SSRİ dağılanda Ukraynanın iqtisadi gücü... - Bessent

09 Sep 2026, 13:48 2 baxış
SSRİ dağılanda Ukraynanın iqtisadi gücü... - Bessent

SSRİ dağılanda Polşa və Ukrayna iqtisadiyyatlarının həcmi təxminən eyni idi.


Axar.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.


“Hazırda isə Polşa iqtisadiyyatı Ukrayna iqtisadiyyatından üç dəfə böyükdür. Ukraynalılar iqtisadiyyatlarını düzgün idarə edə bilsələr, bu, ruslar üçün ciddi maneəyə çevrilə bilər”, - o bildirib.


Bessent Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi siyasətin onun indiyədək gördüyü ən pis hadisələrdən biri olduğunu vurğulayıb.


Qeyd edək ki, Dünya Bankının hesablamalarına görə, 1991-ci ildə Ukraynanın nominal ÜDM-i 77,4 milyard dollar, Polşanın isə 85,5 milyard dollar təşkil edib.

Mənbə axar.az

Oxşar Xəbərlər