İdman
UEFA Çempionlar Liqası: İlk turun növbəti oyunları keçiriləcək
Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümündə növbəti oyunlar keçiriləcək. Oxu.Az xəbər verir ki, Liqa mərhələsinin ilk turunda daha altı qarşılaşma baş tutacaq. Belə ki, "Ştutqart" "Vikinq"lə, "Barselona" "Feyenoord"la, "Liverpul" "Atletiko Madrid"lə, PSJ "Slovan Bratislava" ilə, "Sportinq" "Qalatasaray"la, "Napoli" isə "Arsenal"la üz-üzə gələcək. 9 Sentyabr UEFA Çempionlar Liqası I tur Saat 20:45, "Ştutqart" - "Vikinq"; Saat 20:45, "Barselona" - "Feyenoord"; Saat 23:00, "Liverpul" - "Atletiko Madrid"; Saat 23:00, PSJ - "Slovan Bratislava"; Saat 23:00, "Sportinq" - "Qalatasaray"; Saat 23:00, "Napoli" - "Arsenal". Xatırladaq ki, ilk oyun günündə baş tutan matçlarda aşağıdakı nəticələr qeydə alınıb: "Real Madrid" - "İnter" - 2:1; "Portu" - "Mançester Siti" - 0:2; "Brügge" - "Aston Villa" - 2:3; AEK - LASK - 1:0; "Lill" - "Real Betis" - 2:3; "Borussiya Dortmund" - "Vilyarreal" - 3:2.
Mənbə
oxu.az