Digər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

08 Sep 2026, 22:15 3 baxış
Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Türkiyə 12 ölkə tərəfindən İordan çayının Qərb sahilində qeyri-qanuni yaşayış məntəqələrində ticarət, işgüzar əlaqələri qadağan etməyə yönəlmiş addımları dəstəkləyib.


Axar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.


"İsrail-Fələstin məsələsinin sülh yolu ilə həllinin təmin edilməsi və regionda ədalətli, davamlı barışığın bərqərar olması üçün İsrailin bu fəaliyyətlərinə qarşı lazımi reaksiyanın verilməsi başlıca şərt halına gəlib. Bu çərçivədə, beynəlxalq ictimaiyyətin bütün məsuliyyətli üzvlərinin oxşar qərarlar qəbul etməsini gözləyirik.


Türkiyə 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan, coğrafi bütövlüyə malik, müstəqil və suveren bir Fələstin Dövlətinin yaranması üçün səy göstərməyə davam edəcək”, - XİN-in bəyanatında vurğulanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər