Digər

"İçərişəhər”in yeni strukturu bəlli oldu - Qərar

08 Sep 2026, 18:30 4 baxış
"İçərişəhər”in yeni strukturu bəlli oldu - Qərar

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu bəlli olub.


Kult.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.


Belə ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu aşağıdakı kimi olacaq:


1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (departamentlər və şöbələr).


2. Muzey və Turizm Mərkəzi.


3. Ənənəvi İncəsənət Mərkəzi.


Bundan əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu aşağıdakı kimi olub:


1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (şöbələr və sektorlar).


2. “İçərişəhər” Muzey Mərkəzi.


3. Mənzil-kommunal və Təmir Xidməti.


4. Elmi-istehsalat bərpa emalatxanası.


5. Elmi-mədəni Mərkəz.


6. Marionet Teatrı.


7. Tahir Salahovun ev-muzeyi.


8. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi.


9. Ənənəvi İncəsənət Mərkəzi.

Mənbə axar.az

Oxşar Xəbərlər