Digər
ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
Tehran ABŞ və İsraillə qarşıdurmanı təcavüzkarlar tamamilə peşman olana qədər davam etdirməyə hazırdır.
Axar.az xəbər veirr ki, bunu İran Prezidenti Məsud Pezeşkian X sosial şəbəkəsində yazıb.
“İran təcavüzkarlar tamamilə peşman olana qədər bu müqaviməti ikiqat güclə davam etdirəcək. İran müharibə axtarmır və daha əvvəl də hərbi münaqişəyə qarşı çıxıb. Tehranın əsas prioritetləri İran xalqının maraqlarını qorumaq və regionda təhlükəsizliyi təmin etməkdir”, – Pezeşkian qeyd edib.
Mənbə
axar.az