İqtisadiyyat

Ölkəmiz təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmədə neçə bal toplayıb?

08 Sep 2026, 13:28 2 baxış
Ölkəmiz təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmədə neçə bal toplayıb?
Azərbaycan PISA 2025-də təbiət elmləri üzrə 409 bal toplayaraq 92 ölkə və region arasında 69-cu yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 440 bal təşkil edib və paytaxt əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə 60 bal irəliləyib. Oxu.Az xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə açıqlanıb. Təbiət elmləri üzrə ilk üçlükdə Sinqapur 560 balla birinci, Çin Taybeyi 540 balla ikinci, Yaponiya isə 538 balla üçüncü olub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) üzrə orta bal 482 olub. Digər ölkələrin nəticələrinə nəzər saldıqda, Türkiyə 494 balla 19-cu, Birləşmiş Krallıq 511 balla 8-ci, Almaniya 485 balla 25-ci, Fransa 484 balla 26-cı, İsrail 442 balla 45-ci, Gürcüstan 422 balla 59-cu, Qazaxıstan 420 balla 62-ci yerdə qərarlaşıb. Azərbaycanın nəticəsində əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə dəyişiklik qeydə alınmayıb. Ölkələr üzrə dinamika göstəricilərinə əsasən, Özbəkistan 83 bal, Albaniya 59 bal, Gürcüstan 38 bal, Monteneqro 32 bal, İordaniya 32 bal irəliləyiş göstərib. Qeyd edək ki, PISA 2025-də təbiət elmləri üzrə 92 ölkə və region iştirak edib. Onlardan 13-ü əvvəlki qiymətləndirmə dövründə iştirak etməyib, 35 ölkədə irəliləyiş, 43 ölkədə isə geriləmə müşahidə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər