İdman

"Formula-1" üzrə Azərbaycan Qran-prisinə böyük maraq: 35 mindən çox müraciət olub

08 Sep 2026, 12:36 4 baxış
"Formula-1" üzrə Azərbaycan Qran-prisinə böyük maraq: 35 mindən çox müraciət olub
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin 10 illik tarixində marşal olmaq üçün 35 mindən çox müraciət daxil olub. 2017-ci ildə 2 379 nəfər müraciət etdiyi halda, 2026-cı ildə bu rəqəm 4 201-ə yüksəlib. Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti məlumat yayıb. Bildirilib ki, yubiley yarışında 40 postda 1 100 yerli marşalın iştirakı nəzərdə tutulur. Azərbaycanlı marşalların beynəlxalq təcrübəsi də artır. Hər il təxminən 25-30 yerli marşal müxtəlif Qran-prilərində çalışmaq üçün xarici ölkələrə gedir. 2026-cı ildə iki azərbaycanlı marşal ilk dəfə Monako Qran-prisində fəaliyyət göstərib. Bundan əvvəl azərbaycanlı marşallar ABŞ-nin Ostin şəhərində keçirilən Qran-pridə və iki il ardıcıl Əbu-Dabi yarışında da çalışıblar. Qeyd edək ki, Azərbaycan Qran-prisinə hər il 400-500-ə yaxın xarici marşal müraciət edir. 2026-cı ildə yarışda 40 ölkəni təmsil edən 110 beynəlxalq marşalın iştirakı gözlənilir.
{{gallery}}
"Formula-1" üzrə Azərbaycan Qran-prisinə böyük maraq: 35 mindən çox müraciət olub "Formula-1" üzrə Azərbaycan Qran-prisinə böyük maraq: 35 mindən çox müraciət olub "Formula-1" üzrə Azərbaycan Qran-prisinə böyük maraq: 35 mindən çox müraciət olub "Formula-1" üzrə Azərbaycan Qran-prisinə böyük maraq: 35 mindən çox müraciət olub "Formula-1" üzrə Azərbaycan Qran-prisinə böyük maraq: 35 mindən çox müraciət olub "Formula-1" üzrə Azərbaycan Qran-prisinə böyük maraq: 35 mindən çox müraciət olub "Formula-1" üzrə Azərbaycan Qran-prisinə böyük maraq: 35 mindən çox müraciət olub
Mənbə oxu.az

Oxşar Xəbərlər