Cəmiyyət
Məcnun Məmmədov: "Heyvandarlıq və balıqçılıqda ilk dəfə yeni subsidiya növləri tətbiq olunur"
"Aqrar Subsidiya Şurasının iclasında bütün sektor üzrə subsidiyaların artırılmasından daha çox, məhsuldar subsidiyanın tətbiqinə dəyişiklik olunur. Bu, əsasən müasir suvarmanın, daha düzgün aqrotexniki qulluğun tətbiqi, sertifikatlı toxumların istifadəsidir. Yəni təşviq olunanlar bunlardır". Oxu.Az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW 2026) çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, heyvandarlıqda da ilk dəfə olaraq yeni subsidiya növləri tətbiq olunur: "Bu, Prezidentin may ayında imzaladığı 759 nömrəli fərmana dəyişiklikdən sonra mümkün oldu. Heyvandarlıqda da, balıqçılıqda da ilk dəfə olaraq subsidiya növləri tətbiq olunur. Ümumilikdə inanırıq ki, bu subsidiya kənd təsərrüfatının ciddi şəkildə təşviqinə xidmət edəcək".
Mənbə
oxu.az