Cəmiyyət
Baş nazir Ruslan Əlixanovu vəzifəsindən azad etdi - FOTO
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanov vəzifəsindən azad olunub. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri və AİH-in Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən qərar qəbul olunub. Bildirilib ki, AİH-in baş icraçı direktorunun vəzifəsinin icrası müvəqqəti olaraq baş icraçı direktorun müavini Dəyanət Sədullayevə həvalə olunub. Qərardan irəli gələrək holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.
Mənbə
oxu.az