Cəmiyyət

Məcnun Məmmədov Salyan və Qəbələdəki torpaq konsolidasiyası işlərindən danışdı

08 Sep 2026, 12:54 5 baxış
Məcnun Məmmədov Salyan və Qəbələdəki torpaq konsolidasiyası işlərindən danışdı
"Salyan və Qəbələ rayonunda 19 kənd üzrə toplam 20 min hektar torpağın konsolidasiyası həyata keçiriləcək". Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. O bildirib ki, bu istiqamətdə Türkiyə təcrübəsindən yararlanırlar: "Bizim Türkiyəyə səfərimiz oldu, eləcə də Türkiyə mütəxəssislərinin Azərbaycana səfəri oldu. Türkiyə mütəxəssislərinin həm Qəbələyə, həm Salyana, həmin kəndlərə, həmin ərazilərə səfərləri oldu. Hazırda ilkin planlama işləri həyata keçirilir. Planlama işləri başa çatdıqdan sonra isə düşünürəm ki, bir il sonra sahəvi işlərə də başlanılacaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər