Cəmiyyət
Bakıda daş karxanasında 26 yaşlı oğlan qəfil öldü
Bakıda daş karxanasında ölüm hadisəsi olub.
Axar.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində qeydə alınıb.
Burada işləyən 26 yaşlı Yardımlı rayon sakini Samir Adixan oğlu Abbasov qəfil ölüb. Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Araşdırma aparılır.
Mənbə
axar.az