Cəmiyyət

Güclü külək məhəccərləri relslərin üstünə atdı - Foto

08 Sep 2026, 10:20 40 baxış
Güclü külək məhəccərləri relslərin üstünə atdı - Foto

Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə bəzi qatarların hərəkətində gecikmə qeydə alınıb.


Axar.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.


Məlumata görə, buna səbəb "Zabrat-2" stansiyası sahəsində güclü külək nəticəsində avtomobil körpüsünün məhəccərlərinin qoparaq relslərin üzərinə düşməsi olub.


ADY əməkdaşları ərazidəki maneələri aradan qaldırıb, qatarların hərəkəti təmin edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər