Cəmiyyət

Ağcabədidə güclü külək ağacı avtomobilin üzərinə aşırıb - VİDEO

08 Sep 2026, 09:48 29 baxış
Ağcabədidə güclü külək ağacı avtomobilin üzərinə aşırıb - VİDEO
Ölkə ərazisində hökm sürən küləkli və yağışlı hava şəraiti bir sıra bölgələrdə fəsadlar törədib. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Qeyd olunub güclü külək Ağcabədi rayonunda da ağacın aşmasına səbəb olub. Belə ki, nəqliyyatın intensiv hərəkət etdiyi ərazidə iri gövdəli ağac küləyin təsirindən aşaraq yol kənarında park edilmiş VAZ-2115 markalı avtomobilin üzərinə düşüb. Nəticədə yol bağlanıb. Hadisə zamanı xəsarət alan olmasa da, maşına ciddi ziyan dəyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər