Cəmiyyət

Sumqayıt-Pirşağı-Bakı qatarı niyə GECİKİR? - FOTO

08 Sep 2026, 10:02 26 baxış
Sumqayıt-Pirşağı-Bakı qatarı niyə GECİKİR? - FOTO
Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə bəzi qatarların hərəkətindəki gecikməyə aydınlıq gətirilib. Oxu.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, gecikməyə səbəb Zabrat-2 stansiyası sahəsində güclü külək nəticəsində avtomobil körpüsünün məhəccərlərinin qoparaq relslərin üzərinə düşməsi olub. "ADY əməkdaşları tərəfindən ərazidəki maneələr aradan qaldırılıb, qatarların hərəkəti təmin edilib", - deyə B.Hacıyev bildirib.
Sumqayıt-Pirşağı-Bakı qatarında gecikmə yaranıb. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Bildirilib ki, 6612 nömrəli qatar saat 09:17-də Məmmədli stansiyasına çatmalı olsa da, 09:41-ə qədər gəlməyib. "Qatarın gecikməsinin səbəbi ilə bağlı heç bir məlumat verilmir. Bu qədər insan işə gecikmək məcburiyyətindədir",- deyə məlumatda bildirilir. Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.

Sumqayıt-Pirşağı-Bakı qatarı niyə GECİKİR? - FOTO Sumqayıt-Pirşağı-Bakı qatarı niyə GECİKİR? - FOTO Sumqayıt-Pirşağı-Bakı qatarı niyə GECİKİR? - FOTO Sumqayıt-Pirşağı-Bakı qatarı niyə GECİKİR? - FOTO Sumqayıt-Pirşağı-Bakı qatarı niyə GECİKİR? - FOTO Sumqayıt-Pirşağı-Bakı qatarı niyə GECİKİR? - FOTO Sumqayıt-Pirşağı-Bakı qatarı niyə GECİKİR? - FOTO Sumqayıt-Pirşağı-Bakı qatarı niyə GECİKİR? - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər