Cəmiyyət

Hacıqabulda ağır qəza: 2 nəfər öldü

08 Sep 2026, 09:39 24 baxış
Hacıqabulda ağır qəza: 2 nəfər öldü

09:22


Hacıqabulda baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.


Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.


Minik maşını yoldan çıxaraq aşıb. Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşıdrma aparılır.


***


Hacıqabul rayonunda avtomobil qəzası nəticəsində xəsarət alanların kimliyi bilinib.


Məlumata görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb.


Onlar Abşeron rayon sakinləri, 1965-ci il təvəllüdlü Xankişi Əsgər oğlu Aliyev, 1969-cu il təvəllüdlü Budaq Əsgər oğlu Aliyev, 1972-ci il təvəllüdlü Xatirə Əkbər qızı Aliyeva və 1997-ci il təvəllüdlü Turan Qabil qızı Aliyevadır.


Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər