Cəmiyyət

Bakıda zəncirvari qəza: "Pajero" iki avtomobilə çırpılıb hadisə yerindən qaçıb - İDDİA-VİDEO

08 Sep 2026, 08:52 32 baxış
Bakıda zəncirvari qəza: "Pajero" iki avtomobilə çırpılıb hadisə yerindən qaçıb - İDDİA-VİDEO
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb. Bildirilib ki, hadisə ötən gecə Ziya Bünyadov prospektində, "Çermet" körpüsü yaxınlığında qeydə alınıb.

Vətəndaşın iddiasına görə, "Mitsubishi Pajero" avtomobili yol kənarında dayanan 99-SF-156 dövlət nömrə nişanlı VAZ-2107 və 99-FR-678 dövlət nömrə nişanlı "Daewoo Nexia" avtomobillərinə çırpılıb və daha sonra hadisə yerindən uzaqlaşıb. Qeyd olunub ki, qəza zamanı parklanmış avtomobillərin sahibləri hadisə yerində olmayıblar. Avtomobillərə ciddi ziyan dəyib.
Təfərrüatla bağlı aidiyyəti üzrə sorğu verilib.
Bakıda zəncirvari qəza: "Pajero" iki avtomobilə çırpılıb hadisə yerindən qaçıb - İDDİA-VİDEO Bakıda zəncirvari qəza: "Pajero" iki avtomobilə çırpılıb hadisə yerindən qaçıb - İDDİA-VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər