Cəmiyyət
Taksi sürücüsü çirkli paltarda olan sərnişini daşımaqdan imtina edə bilər - Qanun nə deyir? - VİDEO
Azərbaycanda taksi minik avtomobili ilə sərnişindaşıma fəaliyyəti və bu sahədə çalışan sürücülərin işi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və müvafiq qanunvericilik tərəfindən tənzimlənir. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu taksi sürücülərinin hüquq və vəzifələri ilə bağlıdır. "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda taksi sürücülərinin hüquq və vəzifələri təsbit olunub.
Taksi minik avtomobili sürücüsü avtonəqliyyat vasitəsinin salonunun və baqaj bölməsinin təmiz vəziyyətdə olmasına daim nəzarət etmək, iş vaxtı təmiz və səliqəli geyimdə olmaq, habelə sərnişinlərlə və nəzarət edən şəxslərlə ünsiyyətdə nəzakətli olmalıdır. Taksi minik avtomobili sürücüsünün hüquqları sırasında isə göstərilir ki, sürücü sərnişin çirkli paltarda və ya sərxoş vəziyyətdə olduqda, kobud surətdə ictimai qaydanı pozduqda, yaxud sürücüyə avtonəqliyyat vasitəsini idarə edərkən mane olduqda gedişi dayandırmaq və həmin sərnişinin daşınmasından imtina etmək səlahiyyətinə malikdir.

Mənbə
oxu.az