Digər
Trampdan "Bombardier"lə bağlı inanılmaz çağırış...
Kanadanın təyyarə istehsalçısı “Bombardier” şirkətinin məhsullarının ABŞ-da satışı qadağan olunmalıdır.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.
"ABŞ-da “Bombardier”in satışları dayandırılmalıdır. Onların məhsulları kifayət qədər yaxşı deyil! Gəlirlərinin 50%-dən çoxunu ABŞ-dan əldə edirlər. Onlar Amerika müştəriləri, Amerika şirkətləri, Amerika hava limanları və Amerika xidmətləri hesabına yaşayırlar", - deyə Ağ Ev rəhbəri bildirib.
Mənbə
axar.az