Kriminal

Beyləqanda ağır qəza: sürücü öldü

07 Sep 2026, 20:16 2 baxış
Beyləqanda ağır qəza: sürücü öldü

Beyləqanda baş verən qəza zamanı sürücü ölüb.


Axar.az-ın Teleqraf-a istinadən xəbərinə görə, qəza hadisəsi rayon ərazisində qeydə alınıb.


Rayon sakini, 1962-ci il təvəllüdlü Seymur Qaraca oğlu Kərimov idarə etdiyi VAZ 2107 markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn "Ford" markalı avtomobillə toqquşub. Nəticədə VAZ-ın sürücüsü S.Kərimov və avtomobildə olan qızı, 1996-cı il təvəllüdlü Aytən Seymur qızı Muradova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Həkimlərin səylərinə baxmayaraq, sürücü S.Kərimov xəstəxanada həyatını itirib. Onun qızı A.Muradova isə ilkin yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər